South Caucasus Network of Human Rights Defenders
TƏLƏBƏ TƏNQİDİ MƏQALƏSİNƏ GÖRƏ ALİ MƏKTƏBDƏN QOVULUB
[15.02.2010]
“Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlov hazırladığı tənqidi məqaləyə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilib. E.Bədəlov RATİ-nin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təhsil aldığı “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov tərəfindən hədəyə məruz qalıb:
“O, məqaləni sifarişlə yazdığımı dedi və məni hədələməyə başladı. Bundan sonra mənə qarşı qərəz başladı və məni qəsdən bütün imtahanlardan kəsməyə başladılar” - deyən E. Bədəlov bildirdi ki, o imtahanları istənilən tərkibdən ibarət komissiya ilə verməyə hazırdır. O, əlavə etdi ki, hələlik xaric olunması ilə bağlı əmri almaq mümkün olmayıb və əmri aldıqdan sonra məhkəməyə müraciət edəcək.
Tədbirdə “Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı Elmin Bədəlovun Hüquqlarının Müdafiə Komitəsinin yaradıldığını və bu komitənin jurnalistin təhsil aldığı ADNA-ya bərpa olunanadək fəaliyyət göstərəcəyini deyib.
“Tələbələrin Beynəlxalq Əməkdaşlığı Birliyi”nin (TBƏİB) sədri Elnur Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı Elmin Bədəlovla birgə RATİ də TBƏİB-ə müraciət edib. O, əlavə edib ki, aparılan araşdırmalar zamanı E.Bədəlovun ADNA-dan qanunsuz xaric olunması ortaya çıxıb.
“Poliqon” informasiya agentliyinin rəhbəri Şahin Ağabəyli tələbə-jurnalistin heç bir siyasi kimliyinin olmadığını qeyd edərək, onun faktlara söykənən bir yazının qurbanına çevrildiyini, məhz buna görə tələbənin ali məktəbdən xaric olunmasının ona qarşı qərəzli mövqenin olması kimi qiymətləndirdi.
Qeyd edək ki, RATİ-nin məsələ ilə bağlı ADNA rektoruna ünvanladığı sorğuya bu gün cavab verilib və Elmin Bədəlovun ADNA-dan xaric olunması ilə bağlı əmrin surəti RATİ-yə təqdim olunub. RATİ bu gün həmçinin Elmin Bədəlovun imtahanlarının xüsusi komissiyanın iştirakı ilə yenidən keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə və ADNA-ya müraciət edib. Habelə RATİ E.Bədəlovun ADNA-dan qovulmasını pisləyən bəyanat da yayıb.

Təqvim
Arxiv
|
||||||||||||||||||||||||||||||||||||||||||
|