South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
AZƏRBAYCAN : AZƏRBAYCAN HÖKUMƏTİ JURNALİSTLƏRİN AZADLIĞINI BİR QƏDƏR DƏ MƏHDUDLAŞDIRDI
[20.02.2010]
Azərbaycan parlamentinin (Milli Məclis) fevralın 12-də keçirilən plenar iclasında "Mətbuat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara əlavə və dəyişikliklər edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, sözügedən qanunlara təklif olunan dəyişikliklər müxtəlif şəxslər tərəfindən siyasiləşdirilir. Onun sözlərinə görə, bu dəyişikliklər Konstitusiyanın ruhundan irəli gələn məsələlərdir:

     "Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olunmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmadan izlənilməsi, video, foto çəkilişinə, səs yazılmasına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni bu məsələdə yenilik yoxdur. Bu, sırf Konstitusiyadan irəli gələn əlavə və dəyişikliklərdir".

           İclasda çıxış edən deputat İqbal Ağazadə bu dəyişikliklərin mətbuatın azadlığını boğmağa xidmət etdiyini deyib: "Belə çıxır ki, bundan sonra mən Milli Məclisdə çıxış edərkən jurnalistin mənim səsimi yazmağa ixtiyarı olmayacaq".

          Deputat Pənah Hüseyn isə bu qanunla bağlı məhkəməyə müraciət edəcəyini bildirib: "Burada əsas diqqət yayındırılır. Bu dəyişiklik ancaq və ancaq mətbuat azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır".

         Müzakirələrdən sonra qanunlara təklif edilən əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edilib. Qeyd edək ki Azərbaycan Parlamentinə 124 deputat var.


Təqvim

Arxiv

Aprel 2024
B.e Ç.a Ç C.a C Ş В
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30      

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved