South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLOV PROKURORLUQDA İZAHAT VERİB
[09.03.2010]
Poliqon İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlov (04 mart) Biləsuvar rayon prokurorluğunda izahat verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Elmin Bədəlov izahatında hərbi xidmətdən yayınmadığını, hərbi komissarlıqdan ona çağırış vərəqəsi gəlmədiyini və ali məktəbdən xaric olunmaqla bağlı əmri fevralın 2-də aldığını qeyd etdiyini bildirib.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib.


Təqvim

Arxiv

Aprel 2024
B.e Ç.a Ç C.a C Ş В
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30      

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved