South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
“AZADLIQ” RADİOSUNUN İNTERNET ÜNVANINA GİRİŞ MƏHDUDLAŞDIRILIB
[11.03.2010]
“Azadlıq” radiosunun “azadliq.org” internet ünvanına Azərbaycanda fəaliyyət göstərən bir neçə internet provayderindən giriş məhdudlaşdırılıb. Bu barədə “Facebook” sosial şəbəkəsində  yayılan məlumatda bildirilir ki, mart ayının 6-da saat 15.00-dan etibarən 5 provayderdən – “Bakinternet”, “Azeronline”, “Uninet”, Ultel və “Connect” provayderlərindən “Azadlıq” radiosunun saytına girişə məhdudiyyət qoyulub.

Qeyd edək ki, “Azadlıq” radiosu ABŞ-da dərc olunan “The Washington Post” qəzetində dərc olunmuş məqaləyə istinadən Azərbaycan prezidenti İlham Əliyevin övladlarının adına Dubayda 75 milyon dollarlıq mülk olması barədə martın 5-də material hazırlayıb. Bundan 1 gün sonra isə “Azadlıq” radiostansiyasının internet ünvanına 5 internet provayderindən məhdudiyyət qoyulmasının məhz həmin məqalə ilə əlaqədar olması da istisna olunmur.
            Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) araşdırmaları nəticəsində məlum olub ki, 08 mart saat 15.30-dan etibarən “Adanet” provayderindən də “azadliq.org” saytına giriş məhdudlaşdırılıb.
            RATİ məsələ ilə əlaqədar adıçəkilən provayderlərin rəhbərliyinə, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və “Aztelekom” istehsalat birliyinə sorğu ilə müraciət edib.
“Ultel” provayderindən RATİ-yə verilən məlumata görə bu problem saytın özündə yaranmış problemlə əlaqədardır.
“Connect” provayderinin operatoru Tofiq Hüseynov isə bu provayder tərəfindən “Azadlıq” radiosunun saytına giriş üçün heç bir məhdudiyyət qoyulmadığını bildirdi.
“Azeronline”-nin müştəri xidmətləri üzrə təmsilçisi Tural Ömərov azadliq.org linkinin əvvəlinə www yazmaqla ( www.azadliq.org ) sayta girişin mümkün olduğunu bildirdi.  
“Bakinternet” və “Uninet”-dən də problemin provayderlərlə əlaqəli olmadığını bildirdilər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı departamentinin müdiri Rüfət Gülməmmədov isə RATİ-yə bildirib ki, bu məsələlər təmsil etdiyi qurumun səlahiyyətinə aid deyil.
“Aztelekom”dan da məsələyə münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.


Təqvim

Arxiv

Aprel 2024
B.e Ç.a Ç C.a C Ş В
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30      

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved