South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI
[11.03.2010]
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun internet domenlərinə bəzi Azərbaycan internet provayderləri tərəfindən  girişin məhdudlaşdırılmasını pisləyir və bunu Azərbaycan hökumətinin dolayısı yollarla internetə senzura tətbiqi  kimi qiymətləndirir .

Belə ki, mart ayının 6-da saat 15.00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bir neçə internet provayderindən giriş məhdudlaşdırılıb. Bu barədə “Facebook” sosial şəbəkəsində      geniş məlumatlar yayılıb. Bu məhdudlaşdırma hələ də davam edir.
RATİ istisna etmir ki bu senzuranın arxasında “Azadlıq” radiosunun “The Washington Post” qəzetində Azərbaycan rəhbərliyi barədə tənqidi məqalənin Azərbaycan dilinə tərcümə olunmuş versiyasının ötən həftə radionun saytında yerləşdirilməsi durur.

RATİ bəyan edir ki, yerli və beynəlxalq qanunvericiliyə görə, hər kəsin öz fikirlərini azad ifadə etmək hüququ vardır. “Azadlıq” radiosunun saytına girişə məhdudiyyət qoyulması Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.

RATİ  “Azadlıq” radiosunun saytına girişi əngəlləyən provayderləri qanunlara hörmət etməyə və “Azadlıq” radiosu saytına qoyulmuş məhdudiyyəti təcili aradan qaldırmağa çağırır.

RATİ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini, “Aztelekom” istehsalat Birliyini və digər əlaqədar qurumları məsələni araşdırmağa və günahkarların məsuliyyətə cəlb etməyə çağırır.


Təqvim

Arxiv

Aprel 2024
B.e Ç.a Ç C.a C Ş В
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30      

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved