Հարավկովկասյան Իրավապաշտպանների ցանցը


որոնում կայքում
առաջ
Qadın zorakılığna qarşı kampaniyaya tövhə
[26.11.2010]
 
 

Ailədaxili zorakılığa qarşı kampaniya başlayır 

QHT şəbəkəsi hökumət qarşısında bir sıra təkliflər irəli sürür
 

Cənubi Qafqaz İnsan Huquq Müdafiəçiləri Şəbəkəsi (CQİHMTŞ) qadın zoraklığına qarşı mübarizə ilə bağlı başladığı kampaniyaya dair cümə axşamı Azərbaycan (Norveç) İnsan Haqları Evində mətbuat konfransı keçirib.
Kampaniya noyabrın 25-d
ən başlayaraq BMT-nin İnsan Haqları Bəyannaməsinin qəbul edildiyi tarixə - dekabrın 10-na qədər davam edəcək. Kampaniyanı Avropa Birliyinin Avropa Komissiyası maliyyələşdirir.
T
ədbirdə Azərbaycanın da ailədaxili zorakılıqdan kənarda qalmadığı deyilib, vətəndaş cəmiyyəti institutlarına müraciət nəticəsində təkcə 800 döyülmə faktının aşkarlandığı vurğulanıb. Eyni zamanda ailəyə zorakılıq etmək acizlik, bacarıqsızlıq göstəricisi kimi dəyərləndirilib. Natiqlər seksual baxımdan da ailələr daxilində zorakılıqlara yol verildiyini iddia ediblər. 
Ail
ədaxili zorakılığa qarşı parlamentin qanun qəbul etdiyi, amma bu qanunun üstündən sükutla keçildiyi, cəmiyyətə təbliğ edilmədiyi nəzərə çatdırılıb. Natiqlər qeyd ediblər ki, bu qanunun qəbul edilməsilə ailədaxili zorakılığa məruz qalan insanların müdafiəsi üçün sığınacaqlar hazırlanmalı və qanunvericilik bu qanunun tələblərinə uyğunlaşdırılmalıdır. Natiqlərə görə, ailədaxili zorakılığı aradan qaldıra bilmək üçün qanunlar sərtləşdirilməlidir. Belə ki, döyülmə faktına görə, cavabdeh ən azı 15 gün inzibati cəza almalıdır. Bununla yanaşı, ayrı-ayrı dövlətlərin qanunvericiliyində nəzərdə tutulan cavabdehin zərəəkənin yaşadığı əraziyə 1 kilometrdən yaxın gəlməməsi kimi müddəalar qanunda əksini tapmalıdır. Natiqlər sığılnacaqların olmadığı indiki halda zorakılığa məruz qalanlara yardım edə bilmədiklərini deyiblər. Belə ki, zorakılığa məruz qalan şəxs ailəyə qayıtdığı üçün şikayət etdiyinə görə daha bərk formada döyülür. Hazırda Azərbaycanda ailədaxili zorakılığa görə yalnız 150 manat həcmində cərimə ödənilməsi nəzərdə tutulur ki, bu da vəziyyətdən çıxış yolu deyil.
Son zamanlar boşanmaların daha da çoxaldığını dey
ən natiqlər bu boşanmaların artmasını onun qarşısını almaq və ya kişini bundan çəkindirmək üçün təsir vasitələrinin olmaması ilə əlaqələndiriblər. Türkiyə və İranda boşanma ilə bağlı kişinin qarşı tərəfə ödəyəcəyi təzminatın çoxluğunu xatırladan natiqlər Azərbaycanda da bu təcrübəni tətbiq etməyin vaxtı çatdığını ifadə ediblər.
 




 


Բաժանորդագրում

բաժանորդագրում
չեղյալ հայտարարել բաժանորդագրումը
Copyright © 2009 - 2024 | All Rights Reserved